Müharibə başlayandan 10 generalı işdən çıxarmışam - Ukrayna Silahlıq Qüvvələrinin baş komandanı  

20:28 15.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlıq Qüvvələrinin baş komandanı Valeriy Zalujnı bildirib ki, Rusiya işğalı başlayandan bəri 10 generalı işdən çıxarıb. Həmçinin onun sözlərinə görə, başqa biri isə özünü güllələyib.

Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki,  ukraynalı general bu haqda "The Economist” nəşrinə müsahibəsində danışıb.

“Müharibə başlayandan 10 nəfəri (general - red.) işdən çıxardım, çünki onlar bu əməliyyatlara tab gətirmirdilər. Digəri isə özünü güllələyib”, - deyə Zalujni bildirib.

Eyni zamanda, baş komandan öz generallarına güvəndiyini vurğulayaraq Ukrayna quru qoşunlarının komandanı general Aleksandr Sırskini ayrıca qeyd edib.

"Mən Sırskiyə güvənirəm. Əgər mənə başqa bir briqadaya ehtiyacı olduğunu söyləyirsə, deməli, həqiqətən də başqa bir briqadaya ehtiyacı var. Mən, əlbəttə ki, burada hamıdan ağıllı olduğumu düşünmürəm. Döyüş meydanında olanları dinləməliyəm. Çünki təşəbbüs oradadır”, - deyə Zalujnı vurğulayıb.